Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.
Unikal.org-un məlumatına görə, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.
Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.
İWF mövcud qaydalara əsasən, antidopinq qaydalarının pozulması ilə əlaqədar bütün 10 ağırlıqqaldıranı qərar çıxarılanadək bütün yarışlardan kənarlaşdırıb. Ehtimallar təsdiqlənsə, müvaqif cəza tədbiri görüləcək və dərc olunacaq.
Hazırda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərin nəticələrinin tezliklə açıqlanması istiqamətində Beynəlxalq Olimpiya Komitəsi ilə iş aparır.
Qeyd edək ki, Boyanka Kostova "London-2012"də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur. Onun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında itirakı hələ təsdiqlənməyib.