Abşeronda intihar hadisəsi baş verib.
 
Unikal.org bildirir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini, 1924-cü il təvəllüdlü Əminə Mahmud qızı Kərimova özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb. Xəstəxanaya çatdırılan Ə. Kərimova orada dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.