Növbəti mövsüm üçün hazırlıqlara start verən "Neftçi" ilk transferini reallaşdırıb.
Venesuela mətbuatının məumatına görə, paytaxt klubu Venesuelanın U-21 millisinin sabiq futbolçusu Edson Kastilyonu transfer edib. 22 yaşlı yarımmüdafiəçi Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışına qoşulub. 22 yaşlı Edson Kastilyo son olaraq ölkəsinin "Mineros" klubunda forma geyinib. ("Qafqazinfo")