Respublika partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən amerikalı milyarder Donald Tramp son illərdə Rusiya Silahlı Qüvvələrinin gücləndiyini, rus nüvə arsenalının Amerika nüvə arsenalından daha mükəmməl olduğunu hesab edir.

TASS`xəbər verir ki, bu barədə Tramp (Corciya ştatı) şəhərində çıxışı zamanı bildirib. 

"Düzünü desəm, Vladimir Putin Rusiya hərbi qüvvələrini dəfələrlə gücləndirib. Onların hərbi qüvvələri daha güclüdür. O, (Rusiya prezidenti) nüvə silahı ilə məşğul olur, biz isə heç nə ilə", - Tramp vurğulayıb. 

"Bizim nüvə silahımız köhnədir, onun silahı isə eşitdiyimə görə yenidir. Yaxşısı budur, ehtiyatlı olun", - Tramp bildirib. (AzVision.az)