Rusiyanın Kostroma şəhərində bir vətəndaş qiyamətin gələcəyindən qorxaraq meşədə özünə yerin altında ev saldı.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşındakı bir adam, nə vaxtsa qiyamət gələcək və bütün dünyanı su basacaq yazılarından qorxaraq meşənin ən hündür yerində özünə sığınaq salıb.
Bir vətəndaşın icazəsiz ağaclar kəsərək daşıdığı barədə polisə verilən məlumat əsasında keçirilən əməliyyat zamanı sığınacağ tapılıb. Məlum olub ki, meşədə özünə sığınacaq düzəldən adam bir müddət əvvəl evini su basıb və kimsə tərəfindən təmir olunmayıb. Bundan bezən adam bankdan 200 dollar kredit götürərək meşədə özünə sığınacaq salıb. Belə ki, iki toyuq götürərək meşəyə gedən adam onu yedikdən sonra onsuzda qiyamətin gələcəyini düşünüərək ağac budaqlarından qidalanmağa başlayıb. O fikirlərini belə əsaslandırıb: "Özümü qiyamətə hazırlamaq üçün heç bir qidadan istifadə etmirəm. Sadəcə ağac budaqlarını qaynadıb, onunla qidalanıram. Özümü sağlam hiss edirəm".
Meşədə yaşayan adam bircə tualet problemindən əziyyət çəkdiyini dilə gətirib. Yeni hədəfim isə su daşqınlarına qarşı meşədəki ağaclardan özümə yeni gəmi tikməkdir.