Nardaran qəsəbəsində bağ evində narkotik yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən  unikal.org-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.