Heyər Babayevə bağlı şirkətə daha bir sarsıdıcı zərbə
12:27 04-10-2012
İQTİSADİYYAT
Heyər Babayevə bağlı şirkətə daha bir sarsıdıcı zərbə
"Çudo Peçka"ya böyük qadağa: dönər, salat, blinçik, peraşki... yasaqlandı!
"Çudo Peçka" MMMC ətrafında qalmaqallar səngimək bilmir. Firma zərbə ardınca zərbə almağa davam edir. Dünən bu sıraya daha biri əlavə olunub.
Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılan araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo peçka" ya məxsus istehsal sexlərində aşkar olunan nöqsanlar səbəbindən "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanunlarına əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatı, ət qiyməsi ilə blinçik və s.) və dönərin istehsalı və satışı qadağan edilib.
Eyni zamanda aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq edilib.
Dünən günün sonuna yaxın isə "Çudo Peçka" şirkəti barəsində yayılan məlumatlara aydınlıq gətirib. Şirkətin mətbuat üçün yaydığı məlumatda qeyd olunur ki, bir neçə müddətdir ki, "Çudo Peçka"da böyük yenidənqurma işləri gedir.
Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur. Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır. Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissiya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir: "Son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən araşdırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb. Bir müddətdir ki, bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb. Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra "Çudo Peçka" həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklə dönərin satışı bərpa olunacaq".
Aydın görünür ki, "Çudo Peçka"nın başı üzərində "qara buludlr" dolşmağa davam edir və bu "qara buludlar" hər gün bir az da sıxlaşır. Bəzi müstəqil eksprtlər və KİV-lər bu qənaətdədir ki, şirkətin başına gələnlərdə həlleici rolu onun sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə bağlılığı oynayır. Sabiq nazirin rəqibləri onun Azərbaycanla bütün biznes bağlarını qoparmasında maraqlıdırlar və elə ona görə də onun qalan gəlir qaynaqları da sıradan çıxarılmağa çalışılır.
"Çudo Peçka"da gözü olan anti-Babyevçilərin şirkətə əl qomaq və onu eks nazirin nəzarətindən çıxaraq öz ixtiyarlarınqa keçirmək məqsədi ilə də bu MMC üzərinə "səlib yürüşü"nə çıxması mümkündür.
Bir başqa versiyaya görə, "Çudo Peçka" son illərə qədər müflisləşməyə doğru gedirmiş. Ancaq şirkətin rəhbərliyi çeşidləri bol edərək, yeni ofislər açaraq, sifarişlər qəbul edərək yenidən dirçəldi. Artıq bu şirniyyat şəbəkəsində işçilərin də maaşı qaldırılıb və bütün əməkdaşlar alıcıların qarşısına uniformalarla çıxırlar. Bundan başqa, "Çudo Peçka"nın paytaxtın hər yerində reklam lövhələrinə rast gəlmək mümkündür. Bütün bunlar şirkətin irəlilədiyini göstərir və bu üzdən total hücumlar var.
Çünki kimlərsə onun bazarda möhkəmlənməsini istəmir və istisna edilmir ki, tezliklə "Çudo Peçka"ya rəqib şirkət də ortaya çıxsın. Həmin şirkətin önünü açmaq və onun təkbaşına irəliləməsini təmin etmək məqsədi ilə də Heydər Babayevə aid olduğu deyilən firmanın tamamən çökdürülməsi planına start erilməsi mümkündr.
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13