ERMƏNİSTAN RAYONLARI QAYTARMAYACAQ
ERMƏNİSTAN RAYONLARI QAYTARMAYACAQ


Zaman zaman KİV-də sülh yolu ilə işğal altında olan 6-7 rayonun Azərbaycana qaytarılması ilə bağlı fikirlər səslənməkdədir. Amma Ermənistan texnoloqlarının çıxartdıqları nəticəyə baxdıqda aydın olur ki, ermənilər nəinki 7 , hətta 1 rayonun qaytarılmasına hazır deyillər. Bunun isə obyektiv səbəbləri var.Erməni hərbi eksperti David Simonyanın şərhləri daha çox diqqət çəkir.O , yazır ki, Azərbaycana hər hansı bir rayonun qaytarılması cəbhədə olan hərbi balansı poza bilər ki,bundan sonra da qarşı tərəf çox böyük üstünlük əldə edəcək.Simonyanın nə demək istədiyini anlamaq onun ən çox müzakirə edilən məqaləsini olduğu kimi nəzərinizə çatdırıram:

“Azərbaycana hər hansı bir rayonun qaytarılması fəlakət olar.Əvvala indiki şəraitdə erməni qoşunları bir neçə eşalondan ibarət müdafiə sisteminə malikdirlər.Əgər düşmən qoşunları(azərbaycanlılar-red) ilkin cəbhə xəttini yarsalarqoşunlarımız 2-ci müdafiə xəttinə çəkilərək düşməni Artsaxın (Qarabağın-red) içərilərinə qədər irəliləmələrinə mane olarlar.Və Ermənistandan əsas qoşunlar köməyə gələnədək cəbhəni saxlayarlar.
İkinci bir tərəfdən bizim qoşunların Zəngilanı,Cəbrayılı,Füzulini alması ilə Mehri rayonunun üzərində olan təhlükə ləğv edildi.Həmçinin bu səbəbdən Azərbaycan ordusu Stepanakerti (Xankəndi-red) , o cümlədən Ermənistanın Qafan , Gorus rayonlarını öz artilleriyası və malik olduğu BM-21 “Qrad” qurğularından atəşə tatmaq imkanından məhrum edildi.
6 rayonun qaytarılması o deməkdir ki, yeni cəbhə xətti Mardakert (Ağdərə-red), Hadrut (Xocəvənd), Əskəran rayonlarının cəmı 5 kilometrliyində yerləçəcək.Bundan əlavə Karvaçar (Kəlbəcər-red) rayonunun Azərbaycana qaytarılması Mardakerti 3 istiqamətdən təhlükə altında qoyacaq.
Belə olan vəziyyətdəyeni müdafiə xətti nə qədər güclü olsa belə Artsaxın təhlükəsizliyi üçün qarant ola bilməz.Hərb tarixindən bəllidir ki,Hətta ən möhkəm müdafiə sistemini hücum edən tərəf yara bilər (Mannerqeym,Ziqfrid müdafiə sistemləri).
Nəzərə almaq lazımdır ki,indiki şəraitdə Ermənistanı Artsaxla və cəbhə xətti ilə 4 avtomobil yolu birləşdirir.Bu yollar həm Ermənistanla əlaqə , həm ordunu cəbhənin bir xəttindən digərinə atmaq üçün çox vacibdir.Artsax Müdafiə Qüvvələrinin daxildə istifadə etdiyi vacib 2 yol var: Mardakert-Füzuli-Cəbrayıl və Mardakert-Stepanakert-Qırmızı Bazar -Hadrut.
6 rayonu Azərbaycana qaytarsaq onda erməni qoşunlarının kontrolunda yalnız Mardakert Hadrut və Artsaxı Ermənistanla birləşdirən Stepanakert-Gorus-İrəvan yolu (Laçın koridoru) qalacaq. İş ondadır ki, hərbi əməliyyatların başlayacağı təqdirdə Laçın koridorunu saxlamaq erməni qoşunlar üçün problem olacaq. Hətta onu saxlasaq belə nəzərə almaq lazımdır ki, Azərbaycan aviasiyası havada üstünlüyə malikdir. Düşmən aviasiyadan və artilleriyadan istifadə etməklə bu yolu tam yararsız hala sala bilər . Ermənistanla əlaqə kəsilsə Artsax ordusu Ermənistandan qoşunlar üçün lazım olan silah-sursatı,tibbi yardımı ala bilməyəcək. Bu halda Ermənistandan əlavə canlı qüvvə ala bilməyən Artsax Müdafiə Ordusu düşmənin qat-qat çox olan canlı qüvvəsi qarşısında tab gətirməyəcək.
Belə nəticəyə gəlmək olar ki, Azərbaycana bir neçə rayonun qaytarılması cəbhədə olan hərbi balansı düşmənin xeyrinə dəyişə bilər. O halda bizə nə sülh müqavilələri, nə də beynəlxalq sülhməramlı qüvvələr kömək edəcək. Azərbaycan öz hərbi potensialını artırmaq kursunu götürüb. Nəzərə almaq lazımdır ki, Ermənistan öz hərbi potensialını bu maştabda aparmağa hazır deyil.
Hərbi balansı artıran öz xeyrinə dəyişən və Artsaxın müdafiəsinin zəifliyini görən Azərbaycan lazım olan məqamda hücuma keçə bilər. Nəzərə alaq ki, Azərbaycan qoişunlarının 70 faizi cəbhə xəttində dislokasiya olunub . Hərbi kompaniyanın taleyi ilk günlərdə həll olacaq. Bu halda Artsax Müdafiə Ordusu üçün düşmənin cəbhə xəttini yarmasının qarşısını alması çətin olacaq. Artsaxı itirdiyimiz təqdirdə Türkiyənin köməkliyi ilə Azərbaycan öz pantürkist arzusunu , yəni Mehri rayonunu da ələ keçirəcək. Bu halda Azərbaycan Türkiyəyə quru yolla birbaşa çıxış əldə edəcək. Digər tərəfdən Ermənistanın İrana çıxışını kəsəcək. Əgər Artsaxı itirsək Mehrini saxlamaq erməni qoşunları üçün mümkünsüz olacaq. Azərbaycan həm Zəngilan həm də Naxşıvan istiqamətindən hücuma keçməklə bana nail ola bilər.”
Yazıdan göründüyü kimi erməni hərbi ekspert Azərbaycanın hərbi potensialının üstünlüyünü açıq aşkar etraf edir, əndişəsini gizlətmir. Digər erməni ekspertlərin də şərhləri ilə tanış olduqda aydın olur ki, 2-ci Qarabağ müharibəsi başlayarsa ermənilər ancaq müdafiəyə diqqət yetirəcəklər.Çünki onların hücum üçün canlı qüvvələri və texnikaları çatışmır. Üstəlik onlar qeyd edir ki, Azərbaycan qoşunları Naxçıvan istiqamətindən də hücuma keçsələr Ermənistanın tam məğlubiyyəti qaçılmaz olacaq.
Erməni hərbi ekspertləri həmçinin qeyd edirlər ki,yeni müharibə uzunmüddətli xarakter alarsa bu da onlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Belə ki, müharibə böyük vəsait tələb edir, silah-sursat tez tükənir. Azərbaycanın hər tərəfə çıxışı var, tükənmiş silah sursatı yenisi ilə əvəz edib cəbhəyə göndərməsi heç bir problem törətməyəcəyi halda Ermənistan bunu edə bilməyəcək.Ermənilər hesab edir ki, Azərbaycanın təsiri ilə Gürcüstan Rusiyadan gətirilən hərbi texnikanı Ermənistana baraxmayacaq. Elə İran da İslam dünyasının qınağından ehtiyatlanaraq Ermənistana əvvəlki tək kömək etməyəcək. Odur ki, ermənilər çıxış yolunu hələlik danışıqları uzatmağa, vaxt udmağa sərf edirlər.

İlqar Atabəyli