Artur Rəsizadənin ayrı-seçkiliyi
13:17 05-10-2012
CƏMİYYƏT
Artur Rəsizadənin ayrı-seçkiliyi
Bağçalarla bağlı yeni qərar narazılıq doğurdu
Nazirlər Kabineti "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edib. Qərara əsasən məktəbəqədər təhsil sahəsində vahid dövlət siyasətini, məktəbəqədər təhsil müəssisələrinə elmi-metodiki rəhbərliyi, məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətini tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Təhsil Nazirliyi həyata keçirir. Bu müəssisələrin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər.
Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür. Bu müəssisələrin növlərinə körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları daxildir. Körpələr qrupuna 1 yaşlı uşaqlar da qəbul olunacaq. Xüsusi uşaq bağçaları nitq, görmə və eşitmə pozulmaları, gəqli (psixi) pozuntuları, dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar üçün fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.
1-2 və 2-3 yaşlı uşaqların qrupunda 15, digər qruplarda isə 20 uşaq nəzərdə tutulur. Qrupların komplektləşdirilməsi hər ilin may - sentyabr aylarında həyata keçirilir. Boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir. Bu müəssisələr 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir. İş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir. Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilir. Uşaqların gün ərzində qidalanması 3, 4 dəfə və daha çox ola bilər.
Baş nazir Artur Rəsizadənin təsdiq etdiyi bu qərarda xüsusən dövlət məktəbəqədər tərbiyə müəssisələrinə qəbul şərtləri narazılıqla qarşılanır. Hesab olunur ki, həmin şərtlər cəmiyyət üçün ayrı-seçkilikdir.
Qərarda göstərilən bir çox şərtlər ilk baxışdan təbii və humanist görünsə də, nəzərə alsaq ki, ölkədə əhalinin böyük hissəsinin gəlirləri (hətta ailədə ata və ana işlədiyi təqdirdə belə!) övladlarını özəl bağçalara qoymaq imkanı vermir. Belə bir vaxtda müəyyən təbəqələrə ayrıcalıq tanınması şübhəsiz ki, xeyli sayda uşağın dövlət bağçalarından kənarda qalması deməkdir.
Məsələ burasındadır ki, hazırda dövlət bğçalarının xeyli hissəsi özəlləşdirilib, bir hissəsi təyinatiını dəyişib, yerdə qalanlar isə təkcə Bakıda uşaqların cəmi 15-20 faizini qəbul etmək gücündədir. Belədə vəziyyətin nə qədər ağır olacağı barədə mübahisə açmağa belə, dəyməz.
Bəzi eksprtlərə görə, Artur Rəsizadə və onun başçılığı altında Nazirlər Kabinetinin dövlət uşaq bağçalarının artırılması üzərində düşünməsi yaxşı olardı. Bunun əvəzində isə uşaqlar arasında ayrı-seçkiliyə gətirib çıxaracaq qəbul şərtləri on minlərlə azyaşlını və onların valideynlərini çətin vəziyyətdə qoyacaq.
Aliyə
Digər Xəbərlər
2024-12-27 11:42:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31
2024-12-27 11:21:58
2024-12-27 11:20:29
2024-12-27 11:18:49
2024-12-27 11:15:33
2024-12-27 11:10:45
2024-12-27 10:57:07
2024-12-27 10:34:57
2024-12-27 10:00:00
2024-12-27 09:41:22
2024-12-27 09:33:13
2024-12-27 09:21:00
2024-12-27 08:58:34
2024-12-27 00:31:47