“Azərbaycan bu sahədə model olmağa hazırdır”
13:21 05-10-2012
CƏMİYYƏT
“Azərbaycan bu sahədə model olmağa hazırdır”
Oktyarbın 4-də Azərbaycanın birinci xanımı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Böyük UNESCO ailəsinin üzvlərini Azərbaycanda görməkdən məmnun qaldığını deyən Mehriban Əliyeva UNESCO-nun dünyanın ən mötəbər təşkilatlarından biri olduğunu vurğulayıb. Mehriban Əliyeva İkinci Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlər kontekstində UNESCO-nun rolunun vacibliyini bildirib.
"Dünyada beynəlxalq təşkilatlar çoxdur. Onlar müxtəlif sahələrə dair məsələlərlə məşğuldur. Amma UNESCO-nun özəlliyi ondadır ki, bu təşkilat bütün dünya üçün hər zaman aktual olan təhsil, elm, mədəniyyət kimi sahələri diqqətdə saxlayır", - deyən Azərbaycanın birinci xanımı vurğulayıb ki, UNESCO öz konkret işləri ilə bütün dünya üçün yaxşılıq edir.
Bu gün Azərbaycan ilə UNESCO arasında möhkəm əlaqələrin yaradıldığını deyən Mehriban Əliyeva əminliklə qeyd edib ki, gələcəkdə bu əməkdaşlıq daha da inkişaf edəcək.
Mehriban Əliyeva qonaqların diqqətinə çatdırıb ki, Azərbaycan UNESCO çərçivəsində reallaşan görüşlərin keçirildiyi arenaya çevrilməyə hazırdır. Bugünkü dünyada qarşılıqlı əlaqələrin ən aktual məsələlərdən biri olduğunu vurğulayan Azərbaycanın birinci xanımı deyib ki, məhz bu mövzu İkinci Bakı Beynəlxalq Humanitar Forumunda da diqqət mərkəzində olan mühüm məsələlərdən biridir.
Azərbaycanda həm keçmişdə, həm də müasir dövrdə müxtəlif dinlərə, millətlərə hörmətlə yanaşıldığını, ölkəmizdə bütün xalqların sülh şəraitində yaşadığını vurğulayan Mehriban Əliyeva bu baxımdan Azərbaycanın bu sahədə model olmağa hazır olduğunu da qeyd edib. "Ümidvaram ki, bu Forum bu sahədə yeni addım olacaq və qəbul edilən qərarlar kağız üzərində qalmayacaqdır", - deyən Mehriban xanım Əliyeva Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcəyini vurğulayıb.
Mehriban Əliyeva əminliyini bildirib ki, Bakıya gələn qonaqlar ölkəmiz ilə daha yaxından tanış olduqdan sonra gələcəkdə də Azərbaycana səfər edəcəklər.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49