Venesuelanın neft naziri Euloxio del Pino hesab edir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) təcili tədbirlər görməzsə, neftin qiyməti yenidən sürətlə enə və 20 dollara qədər düşə bilər.
Unikal.org bildirib ki, bu barədə TASS məlumat yayıb.

«Bizə yenə də hasilatın dondurulması lazım olacaq, amma gec ola bilər», - nazir deyib.

Xatırladaq ki, iyun ayının əvvəllərində OPEC-in neft hasilatının dondurulması ilə bağlı Vyana şəhərində keçirilmiş toplantısı nəticəsiz bitib.