Ötən gecə Kiyevdə Azərbaycan səfirliyinə aid avtomobilin də iştirakı ilə zəncirvari qəza baş verib.

Kiyevin Poçt meydanında səfirliyin "Opel" markalı avtomobilini arxadan VAZ markalı avtomobil vurub.

Zərbədən "Opel" yolun kənarında park etmiş iki avtomobilə çırpılıb və 180 dərəcə dönüb. Avtomobilin yanacaq çəni partlayıb və benzin küçəyə axıb. Xilasedicilər yanğının qarşısını almaq üçün asfaltı yuyublar.

Qəzada heç kim xəsarət almayıb.