Rusiyada turist gəzintisində iştirak edən 10 uşaq ölüb.
Kareliyada Syamzero gölündə turist gəzintisində çıxmış qrupda olan 10 uşağın cəsədi aşkarlanıb, 3 uşağın axtarışları davam edir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin həmin turist qrupundakı 11 turistin xilas edildiyini, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin iki vertolyotunun cəlb edildiyini bildirib.
Turst qrupu 2 nəfər yetkin yaşlı olmaqla, 12-17 yaşlı yeniyetmələrdən ibarət olub. (APA)