Rusiyanın Kareliya Respublikasında Syamozero gölündə bataraq hələk olanların sayı 14 nəfərə çatıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, daha 3 uşağın cəsədi göldən çıxarılıb.
Xilas edicilərin işini pis hava şəaraiti bir qədər də çətinləşdirib.
Gölə istrirahət etmək üçün gələn 51 nəfərdən ibarət qrupun yalnız 4 nəfəri böyük, qalanları isə 12-15 yaşlı uşaqlardan ibarət olub. Qeyd edilir ki, ölən uşaqlar xilasedici jileti olmadığına görə boğulublar. Hadisə göldə qəfil başlayan fırtına nəticəsində baş verib.
Belə ki, qayıqlar çevrilib və turist qruplarının üzvləri suya tökülüblər. Hadisə baş verən zaman onlardan bir qrupu gölün sahilindən 2 km uzaqlıqda adada yerləşiblər. Xilas edicilər adada olan hər kəsi evakuasiya edib. 5 uşaq xəstəxanaya çatdırılıb. Xilas edilənlərin hər birinə psixoloji və tibbi yardım göstərilib. Xilas etmə işlərinə 326 canlı, 47 texniki qüvvə cəlb edilib.
Bir müddət əvvəl Syamozero gölündə 10 uşağın həlak olması ilə bağlı məlumat verilib. Ölənlər Moskva və Sankt-Peterburqdan olublar.