Azərbaycan prezidenti xarici qonaqları qəbul edib
10:39 07-10-2012
CƏMİYYƏT
Azərbaycan prezidenti xarici qonaqları qəbul edib
Prezident İlham Əliyev oktyabrın 5-də Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Uruqvay Şərq Respublikasından böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirib.
Bu gün ölkə başçısı həmçinin Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. E. Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olunduğunu məmnunluqla qeyd edib.
Digər Xəbərlər
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24