Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org Modern.az-a istinadən məlumat verir ki, "Ekologiya postu"nun yaxınlığında, "Rahat" marketin qarşısında "Vaz 21 011" markalı 10 FL 238 dövlət nömrə nişanlı maşın aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb. Hadisənin hansı səbəbdən baş verdiyi və dünyasını dəyişən şəxsin kimliyi hələ bilinmir.