Bir çoxları elə düşünür ki, sənədi olan evi alırsansa deməli, mənzillə bağlı hüquqi problem ortaya çıxa bilməz. Ancaq ekspertlər bildirir ki, sənədli ev almaq hələ heç də bütün problemlərin sonu demək deyil. Mütəxəssislər mənzil alarkən sənədi olsa belə insanları bəzi evlərin alışından yan keçməyi tövsiyyə edirlər. Bunlardan biri etibarnamə ilə satılan evlərdir.
Unikal.org-un xezerxeber-ə istinadən məlumatına görə, alışından sonra problemlərə səbəb olacaq mənzillərdən biri də girov kimi qoyulan evlərdir. Bu evləri alan zaman vətəndaşlar hüquqi prosedurların ardıcıllıqla icra edilməsinə xüsusi diqqət etməlidirlər.
Bir zamanlar mənzili özəlləşdirməkdən imtina edən şəxsin qeydiyyatda olduğu evi almaq da problemlərə səbəb ola bilər. Çünki özəlləşdirilməyən mənzillərdə kirayə yaşayanlar həmin mənzildə daimi yaşamaq hüququna sahibdirlər.
Ümumilikdə isə vəkil Xəyal Bəşirov bildirir ki, problemli mənzilləri aşkar etməyin ən yaxşı yolu həmin evin olduğu ərazidə qiymət fərqinə diqqət etməkdir. Eyni ərazidə, eyni sahəsi və şəraiti olan evlər arasında qiymət fərqi böyük olduqda, mütləq həmin mənzilin sənədlərini çox diqqətlə nəzərdən keçirmək vacibdir.