İstanbul polisi keçirilməsinə hakimiyyət orqanları tərəfindən əvvəlcədən qadağa qoyulmuş "gey-parad"a gələn vətəndaşlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, polis onlarla iştirakçını əhatəyə alandan sonra asayiş keşikçiləri ilə "mavi"lər arasında dava düşüb.
Xatırladaq ki, "gey-parad" İstanbulda 2003-dən bəri hər il keçirilir. Amma hakimiyyət orqanları bu il onun keçirilməsinə icazə verməyiblər. Səbəb kimi, təhlükəsizlik və ictimai asayiş amilləri göstərilib.
Təşkilatçılar isə bu qadağanı "Konstitusiyanın və qanunların pozulması" adlandıraraq məhkəmədə iddia qaldıracaqlarını bildiriblər.