Polis Qazaxda naməlum qadın meyitinin tapılması ilə bağlı əhaliyə müraciət edib.
 
Unikal.org-un məlumatına görə, polisin yaydığı elanda bildirilir ki, 19 iyun tarixdə səhər Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndinin ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyidi aşkar edilib.
 
Meyidin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 1 metr 60 santimetr, saçı və gözləri qara rəngli, orta köklükdədir, göbək nahiyyəsində cərrahiyyə əməliyyatının izləri var.