Rusiyanın Xəzər dəniz donanması Mahaçqala, Kaspiysk və Həştərxanda antiterror təlimlərinə başlayıb.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Təlimdə 300 hərbçi və 20 hərbi texnika iştirak edir.
 
Qeyd edək ki, Rusiya bu il Xəzər donanmasının hərbi təlimlərini 1,5 dəfə artırıb.