Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında Sankt-Peterburqda baş tutacaq görüş tərəflər arasında etibarın yaranmasına kömək edəcək.
Unikal.org xəbər verir ki, bu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.
Həmsədrin sözlərinə görə, prezidentlərin görüşü Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla üçtərəfli görüşü keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların aparılacağı gözlənilir.
Görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də iştirak edəcək.