Bazar günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları nəticəsində 5 nəfər həyatını itirib.
 
 
Unikal.org xəbər verir ki, dünən ölkə yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 13 nəfər də yaralanıb.
 
Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Sabunçu rayonunda qeydə alınıb. Burada avtomobillər 2 piyadanı vuraraq öldürüb. Oğuzda isə "VAZ 2101" markalı avtomobilin ağaca çırpılması 77 yaşlı kişinin və 55 yaşlı qadının ölümünə səbəb olub. Bundan başqa Bakı-Sumqayıt yolunda avtomobilin beton maneəyə çırpılması da insan itkisi ilə nəticələnib.
 
Hər bir faktla bağlı araşdırma aparılır.