İranın "Mahan-Air" aviasiya şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
 
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, hadisə İranın cənubunda baş verib.
 
Sərnişin təyyarəsi Xark adasının hava limanında yerə enərkən əsən güclü külək və qasırğa nəticəsində uçuş-enmə zolağından çıxıb.
 
Jurnalistlərə açıqlama verən İran Hava Yolları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rza Cəfərzadə bildirib ki, hadisə nəticəsində təyyarənin burun hissəsi ciddi zədələnsə də, sərnişinlər arasında ölən və ya yaralanan yoxdur.