Mərkəzi Livanda yerləşən Erməni Kilikiya kilsəsinin maliyyə dəstəyi ilə Dağlıq Qarabağda yeni yaşayış məntəqəsi inşa olunur.
 
İşğal altındakı keçmiş Ağdərə rayonu ərazisində, Sırxavənd və Kiçan kəndləri arasındakı geniş sahədə inşa olunan yeni yaşayış məntəqəsi Yeni Kilikiya adlanır.
 
Erməni kilsəsinin maliyyəsi ilə inşa olunan kəndin ilk 10 evi artıq istifadəyə verilib, daha 20 evdə isə son tamamlama işləri aparılır.
 
Yeni Kilikiya kəndində inşa olunan evlər pulsuz olaraq Qarabağdakı erməni əhalisinə paylanır... (Modern.az)