Rusiyada hərbi poliqonda yanğın baş verib.

Unikal.org APA-ya istinadən bildirir ki, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda raket sürətləndiriciləri yanır. Həmin qurğular S-75 zenit raketlərinin mühərrikləri üçün nəzərdə tutulur.
 
Yaxınlıqdakı hərbi şəhərcikdən 500 nəfər, poliqondan isə 76 nəfər təxliyə olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.