Rusiyanın "R-Farm" şirkətlər qrupu, onun partnyoru "Vita-A" və Azərbaycan İnvestisiya Şirkəti ölkəmizdə əczaçılıq kompleksi tikməklə bağlı razılığa gəliblər.

Üç şirkət arasında bölünəcək səhmlərdən 10 faizi Azərbaycan şirkətinin payına düşəcək. 

Azərbaycanda ilk olacaq bu kompleks istehsal, laboratoriya və logistika hissələrindən ibarət olacaq. Zavod onkoloji, hematoloji, otoimmün endokrin, SPİD, müxtəlif növ viral hepatit kimi xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edəcək.

Layihənin reallaşması üçün 70 milyon avro investisiya qoyulacaq. ("Qafqazinfo" )