
BMT qaçqınların sayını göstərən statistikanı açıqlayıb.
The Guardian nəşrinin yaydığı məlumata görə, dünyada qaçqınların sayı 65 milyon nəfəri keçib və bu ilk dəfədir ki, rekord həddə çatıb. BMT-nin hesablamalarına görə, 2015-ci ildə qaçqınların sayı bütün dünya üzrə 65,3 milyon nəfərə çatıb. Göstərilən rəqəmlərin, hətta Böyük Britaniyanın bütün əhalisindən daha çox olduğu vurğulanır.
Statistikaya görə, hazırda dünyadakı hər 113-cü adam qaçqın hesab edilir.