2 il əvvəl ailə quran Sinen K. və Zafer K cütlüyü etdikləri hərəkətlərlə Türkiyə mediasının gündəminə gəliblər.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, xəbər verir ki, Zafer K. toydan sonra Kanadaya köçərək bir müddət orada yaşayıb. Uşaqları üçün darıxan Zafer K. həyat yoldaşını da yanına gətirmək üçün ondan qızıllarını satıb pul göndərməsini istəyib. Arvadın göndərdiyi pulun az olduğunu görən ər əsəbləşərək qeyri-adi addım atıb. Belə ki, o, arvadının lüt şəkillərini Facebook-da yayıb.
Çılaq görüntüləri yayılan Sinen məhkəməyə müraciət edib. O, ərinin 4 il müddətinə həbs edilməsini tələb edib.