Aktobedə törədilən terror aktının əsas səbəbkarı İŞİD terror qruplaşmasıdır.
 
Bu açıqlama ilə Qazaxıstanın Xarici İşlər naziri Yerlan İdrisov çıxış edib.
                                                  
Onun sözlərinə görə, insident İŞİD rəhbərlərinin dünya müsəlmanlarına səslənərək Ramazandan öncə zorakılıq aksiyaları tətbiq etməyə çağırışından sonra baş verdi.
 
Xatırladaq ki, daha öncə Qazaxıstan Daxili İşlər naziri Kalmuhanbet Qasımov Qazaxıstanın Aktobe şəhərində terror törədən şəxslərin Suriya ərazisindən təlimat aldıqlarını açıqlamışdı.
 
Qeyd edək ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Qazaxıstanda terror təhlükəsinin "sarı" səviyyəsi elan edilib. (axar.az)