Rusiya müxalifətinin tanınmış liderlərindən olan Boris Nemtsovun qətli ilə bağlı yeni faktlar üzə çıxıb.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, ötən il fevralın 27-də Nemtsov əldəqayırma odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Bununla bağlı Rusiya Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Məlumatlara görə, həmin silah kustar üsulla xarici ölkələrdən gətirilmiş detallar vasitəsilə hazırlanıb: "Bu cür silahlar təhlükəsiz görünür. Ancaq bu silahları döyüşə hazır vəziyyətə gətirmək çətin deyil. Son vaxtlar qeyri-qanuni bazarlarda bu cür silahların satışı çoxalıb".