"İki həftə ərzində maliyyə vəsaiti tapılmazsa, 2017-ci ildə parlament seçkiləri köhnə Seçki Məcəlləsi ilə keçiriləcək".
Unikal.org report-a istinadən bildirir ki, bunu ölkənin hökumət adminstrasiyasının rəhbəri, nazir David Arutyunyan deyib.
Onun sözlərinə görə, yeni qəbul edilən Seçki Məcəlləsində elektron səsvermənin keçirilməsi nəzərdə tutulur: "Bunun üçün vətəndaşlara yeni şəxsiyyət vəsiqələri verilməli, barmaq izləri haqda məlumat bu sənədə daxil edilməlidir. Bunun üçün 12-15 milyon dollar maliyyə vəsaiti lazımdır".
Məlumata əsasən, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günlərdə Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini ilə telefonla danışıb. Həmin danışıqda Ermənistanda islahatların keçirilməsinin maliyyələşdirilməsindən bəhs edilib.
Xəbərdə qeyd edilib ki, Ermənstan hakimiyəti islahat aparmaq üçün bu yolla Avropa İttifaqından əlavə maliyyə vəsaiti almağa çalışır.