Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlərlə bağlı bəyanat yayıb.
Unikal.org musavat.com-a istinadən bildirir ki, ermənilərin fikrincə, Azərbaycan ordusunun hərbi təlimləri barədə qabaqcadan onlara xəbər verilməli imiş.
Belə ki, ermənilərin iddiasına görə, ATƏT-in 2011-ci il Vyana sənədlərinə əsasən, təlimlərdə 9000-dən çox şəxsi heyətin, 250 döyüş tankının, 250 özüyeriyən artilleriya qurğusunun və reaktiv sistemlərin iştirak etdiyi halda iştirakçılar məlumatlandırılmalıdır.
Ermənilər Azərbaycanın iştirakçı tərəfləri belə bir informasiya ilə təchiz etmədiyini bildirib.













.jpg)










.jpg)






























