Ukraynanın Türkiyədəki səfiri vəzifəsindən azad edilib.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Sergey Korsunskiyin tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.
Poroşenko müvafiq sərəncamı iyunun 18-də imzalayıb.
S.Korsunskiyin yerinə kimin təyin ediləcəyi barədə isə hələlik heç bir məlumat yoxdur.