"PricewaterhouseCoopers" (PwC) şirkətinin apardığı tədqiqatdan 2020-ci ildə Yer üzünün sakinlərinin neçə nəfərinin internetdən istifadə edəcəyi də müəyyən edilib.
Analitiklər hesablayıb ki, 2020-ci ildə Yer planetinin əhalisinin sayı 7,4 milyard nəfər təşkil edəcək. Onlardan 3,84 milyard nəfəri və ya 52 faizi internetdən istifadə etmək üçün aktiv olaraq mobil cihazlardan yararlanacaqlar.
PwC şirkətində təxmin edirlər ki, o zamana qədər mobil trafikin 82 faizi videoların baxılmasına gedəcək. İnternet istifadəçilərinin 92 faizi isə ABŞ-dan kənar ölkələrdə yaşayacaqlar.
Qeyd edək ki, bu yalnız proqnozdur, özü də uzun müddətli proqnozdur. Ona görə də özünü doğrultmaya da bilər. Buna bənzər proqnozlar olduqca tez-tez müxtəlif nəşrlər və şirkətlər tərəfindən dərc olunur. (İKT.lent.az)