Peterburqun Sofiyski meyvə-tərəvəz bazasında 60 yaşlı azərbaycanlı iş adamı Maarif adlı şəxs öldürülüb.
 
Öldürülən iş adamının Elçin adlı azərbaycanlı avtoritetin qardaşı olduğu bildirilir. İddiaya görə, Maarif məhz qardaşının hesablaşmalarının qurbanı olub.
 
Peterburqun "Fontanka" saytı isə eyni vaxtda sözügedən bazada azərbaycanlıların kütləvi dava salması ilə bağlı məlumat yayıb.
 
Saytın yazdığına görə, azərbaycanlı İsmayılov və Hüseynov soyadlı şəxslər arasında borca görə münaqişə baş verib. Hüseynov borcunu ala bilmədiyi üçün İsmayılovla mübahisə edib. O, daha sonra şok silahı ilə İsmayılovu başından vuraraq öldürüb.
 
Bu zaman bazardakılar onu saxlamağa çalışıb və münaqişə kütləvi davaya çevrilib.
 
Hadisə yerinə gələn OMON aranı sakitləşdirib.(Axar.az)