Moskva NATO ilə razılaşmaya əməl etmir.
 
Bunu Almaniya mətbuatına açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, NATO-nun atdığı hər bir addım Rusiyanın davranışına cavabdır:
 
"Burada heç bir şübhə olmamalıdır. Rusiya Krımı və Ukraynanın şərqini işğal edənə qədər heç kim Şərqi Avropada NATO-nun hərbi mövcudluğunun artırılmasından söhbət açmırdı. Rusiya 2000-ci ildən başlayaraq öz hərbi büdcəsini artırıb. O özünü aqressiv aparır və Avropa sərhədlərini hərbi güc hesabına dəyişir. Biz yeni soyuq savaş istəmirik". (Axar.az )