TV-də dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğluya verilən suallar və cavablar yenə hər zamankı kimi medianın diqqət mərkəzindədir.

Türkiyə mətbuatı xəbər verir ki, Sultanahmet Meydanından canlı yayımlanan "İftar Özel" verilişində azyaşlı qızın ilahiyyatçıya verdiyi sual hər kəsi kövrəldib.

N.Hatipoğluya: "Anamla atam ayrılıblar. Mən xalamın ərinə ata deyirəm, xalama isə ana. Bu günah sayılır?" - sualı verən qız göz yaşlarına hakim ola bilməyib. (Milli.Az)
Unikal.org sözügedən görüntüləri təqdim edir:
]