Ramazan ayı gecə vaxtı içki içənin orucunun hökmü.
Unikal.org Daimi Elmi Araşdırmalar Mərkəzinin bu məsələ ilə bağlı açıqladığı fətvanı sizlərə təqdim edirik.
Sual: Bir nəfər içki bəlasına düşmüş, hətta Ramazan ayı gecə vaxtı da içki içir. O gecə içki içir bəs onun gündüz vaxtı tutduğu orucun hökmü nədir?
Cavab: Allah təalənin buyurduğuna görə içki içmək ən böyük günahlardandır. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da
Şeytan əməlindən olan murdar bir
şeydir. Bunlardan çəkinin ki, bəlkə,
nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki
və qumarla aranıza ədavət və kin
salmaqdan və namaz qılmaqdan
ayırmaq istər. Artıq bu işə son
qoyacaqsınızmı?" (əl-Maidə: 91) .
Içki həm Ramazanda həm də digər
vaxtlarda haramdır. Lakin Ramazanda
içmək daha çox haramdır. Onu içən kimsə
tez bir zamanda içkidən əl çəkməli,
etdiyinə peşman olub, bir daha o günaha
qayıtmayacağına söz verməli və Allaha
tövbə etməlidir.
Amma Ramazan ayı gecə vaxtı içki içib, gündüzlər oruc niyəti ilə yemək içmək və digər iftar etdirənamillərdən çəkinib oruc tutan adamın orucu doğrudur.