Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, Azadlıq prospektində "Mercedes" markalı avtomobil "Nissan X-Trail" avtomobili ilə toqquşub. Nəticədə "Nissan X-Trail" yaxınlıqda dayanan "Hundai Sonata" və "Lexus" markalı avtomobillərə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Polis əməkdaşları ərazidə qəzanın səbəblərini araşdırırlar.