Mədəniyyət və Turizm Nazirliyi ASAN radio ilə birgə yeni layihəyə start verib.
Unikal.org xəbər verir ki, bu gündən etibarən ASAN radioda "Mədəni turizm" verilişi efirə çıxacaq.
Verilişin ilk qonağı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov olub. O, verilişdə daxili turizmin inkişafından danışıb.