Bərdə də narkotik vasitələrin istifadəsi ilə məşğul olan şəxsi saxlanılıb.
Unikal.org ANS PRESS-ə iatinadən məlumat verir ki, saxlanılan şəxs rayonun Lək kəndinin sakini, "veteran" ləqəbli Vahid Qədimovdur. O, əvvəllər də  narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 3 dəfə məhkumluq həyatı yaşayıb. 
Polis şöbəsinə gətirilən Vahid Qədimovun üzərinə baxış keçirilən zaman 0,18 qram narkotik vasitə olan heroin aşkar edilib. İstintaq zamanı narkotik vasitənin təkcə heroindən ibarət olmadığı da məlum olub. Əməliyyatçılar Vahid Qədimovun  yaşadığı ünvanda da axtarış aparıblar.
Vahid Qədimovun yaşadığı ünvana baxış keçirərkən onun həyətyanı sahəsindəki toyuq damında gizlətdiyi bir kq-dan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götülüb. 
Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri özünün istifadəsi üçün əldə etdiyini bildirib. Onun narkotik vasitələrin haradan əldə etdiyini isə istintaq müəyyən edəcək.