Kayseridə insanlıqdan kənar hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 54 yaşlı A.İ həyat yoldaşının nəzarəti altında olan 4 yaşlı qız uşağına təcavüz edib.
Hadisədən sonra kiçik qızın anasına "Əli baba əsəbiləşdi və məni çox incitdi" dediyi ortaya çıxıb.
Azyaşlının anasının şikayətindən sonra hərəkətə keçən polis şübhəlini nəzarətə götürüb və etdiyi çirkin əməl sübut edildikdən sonra ona 8 il həbs cəzası verilib.
Qeyd edək ki, kiçik qızın anası işlədiyi üçün övladını A.İ-nin həyat yoldaşına təhvil veribmiş.