İrəvan məhkəməsi "Şuşa" batalyonunun sabiq komandiri Jirayr Səfilyanın həbsi barədə qərar verib.
Unikal.org erməni KİV-nə istinadən xəbər verir ki, Səfilyan dövlət çevrilişinə cəhddə ittiham edilib.
Səfilyan bu ittihamları rədd edib və bu qərarın apreldə Azərbaycanla müharibə zamanı itirilmiş torpaqlar barədə söylədiyi sözlərə görüə verildiyini deyib.
"Müdafiə tərəfinə cinayət işinin materialları ilə tanış olmağa imkan verilməyib. Ermənistan hakimiyyəti dörd günlük müharibədə itirilən torpaqlar barədə dəqiq məlum verməkdən çəkinirlər",-deyə Səfilyan bildirib.
Məhkəmə keçmiş komandiri 2 ay müddətinə həbsinə qərar verib.
Sefilyanın məhkəmə prosesi zamanı insident də baş verib. Keçmiş komandiri müdafiə etmək üçün birinci Qarabağ müharibəsinin "qəhrəmanları" məhkəmənin keçirildiyi binanın qarşısına gəliblər. Onlar prosesin keçirildiyi binaya daxil olmaq istəyiblər. Amma polis "qəhrəmanları" ərazidən qovub. Həmçinin Sefilyanı müdafiə etməyə gələn keçmiş döyüşçülər Syuzan Simonyan və Anuş Karapetyanı saxlanılıb.
Şuşa batalyonunun sabiq komandiri iyunun 20-də həbs edilib. Səfilyan saxlanılarkən odlu silah gəzdirməkdə ittiham olurdu.
Ötən gün isə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilən "Şuşa" batalyonunun komandiri Jirayr Sefilyanın evində axtarış aparılıb. Axtarış nəticəsində onun ofisindən kompüterlər, telefon və fotolar müsadirə edilib. Bu barədə jurnalistlərə açıqlamasında Sefilyanın yaxın dostu Sedrak Nazaryan məlumat verib.
Jirayr Sefilyan aprel döyüşlərindən sonra Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. "Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq", - o bildirmişdi.