Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident paytaxtın diplomatik məhəlləsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.