İŞİD terrorçuları Rakka vilayətinin Əs-Saura şəhəri yaxınlığında Suriya hökumət qoşunlarını darmadağın edib.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, bu xəbəri "Reuters" verib.
Agentliyin məlumatına əsasən, Bəşər Əsədə sadiq qüvvələr iki həftə əvvəl ələ keçirdikləri əraziləri itiriblər. Suriya insan hüquqları qurumuna istinadən "Əl-Cəzirə" xəbər verir ki, hökumət qoşunları Əs-Sauradan 40 kilometr geri otuzdurulublar. Döyüşlərdə Suriya ordusu 39 əsgərini və 1 zabitini itirib. Terrorçular tərəfindən 21 nəfər həlak olub.
İŞİD-in nəzarətində olan "Amaq" agentliyi bildirir ki, bu döyüşlərdə kamikadze terrorçular həlledici rol oynayıblar.