"Şirvan Oyl" əməliyyyat şirkətinin fəhləsi iş zamanı barmaqlarını itirib. 

Şirkətin quyu təmiri briqadasında işləyən Salyan rayonunun Çadırlı kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Faiq İbad oğlunun barmaqları qaldırıcı qurğunun hidravlik açarının dişləri arasında qalıb. Nəticədə Bakıda xəstəxanalardan birinə yerləşdirilən fəhlənin iki barmağı tam, iki barmağı isə qismən amputasiya edilib.

Faktla bağlı tədqiqat aparılır. (APA.az)