İran-Azərbaycan sərhədində daha bir zəlzələ olub.
 
Unikal.org bildirir ki, bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Xəbərə görə, iyunun 22-də yerli vaxtla axşam saat 20:56-da Naxçıvandan 86 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 2 kilometr olub.
Qeyd edək ki, ilk zəlzələ iyunun 22-i yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 5 kilometr olub. Tehran Universiteti nəzdində Geofizika İnstitutunun yaydığı məlumata görə, zəlzələ  4,3 bal gücündə olub.