Altıncı mərtəbədən yıxılan uşaq hələ də reanimasiyadadır.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin uşaq şöbəsindən lent.az-a verilən məlumata görə, 2014-cü il təvəllüdlü Tahir Yolçuyevin vəziyyəti nisbətən yaxşıdır. Bir-iki günə reanimasiyadan çıxarılacaq.

Xatırladaq ki, hadisə iki gün əvvəl Xətai rayonu Gəncə prospekti ev 65-də baş vermişdi. Onu ağır vəziyyətdə klinikaya yerləşdirmişdilər. 
 
Hadisə haqqında ilkin məlumatı Report.az verib.