Bu il neftin orta qiyməti 50 dollar olacaq.
 
Bunu jurnalistlərə açıqlamasında "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı bundan daha pessimist ssenarilər də istisna edilmir.
 
Qeyd edək ki, "Lukoyl" özünün Avropadakı bir neçə zavodunu satacaq. Ələkbərov bu zavodların şirkət üçün strateji önəm daşımadığını bildirib.