Gəncədə küçədə yeni doğulan uşaq tapılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hadisə iyunun 22-də Nizami (Gəncə) rayonunda qeydə alınıb. 

Rayonun Yeni Gəncə qəsəbəsində yeni doğulan oğlan uşağı tapılıb. 

Uşaq Gəncə şəhər Körpələr Evinə təhvil verilib.